Üç ölkədən Rusiya yığmasına növbəti “yox” cavabı!

Üç ölkədən Rusiya yığmasına növbəti “yox” cavabı!
10.06.2026 17:46 İdman

İsveç, Finlandiya və Çexiyanın hokkey federasiyalarının nümayəndələri Rusiya yığmalarının beynəlxalq turnirlərə qaytarılmasına qarşı mövqelərini bir daha təsdiqləyiblər.

TodayPress TV xəbər verir ki, hər üç ölkənin federasiyası Rusiya komandalarının beynəlxalq yarışlardan kənarda saxlanılmasını dəstəkləyir. Bununla yanaşı, onlar Rusiyanın yenidən turnirlərə buraxılması ilə bağlı müsbət qərar veriləcəyi təqdirdə hansı addımları atacaqları barədə açıqlama verməkdən imtina ediblər.

İsveç Hokkey Assosiasiyasının sədri Anders Larsson bildirib:

“Mövcud vəziyyətdə Rusiyanın iştirakı tamamilə ağlasığmaz görünür. Lakin beynəlxalq qurumun nizamnaməsində təhlükəsizlik məsələləri istisna olmaqla, Rusiyanın kənarlaşdırılmasına imkan verən xüsusi müddəalar yoxdur”.

Finlandiya və Çexiya federasiyaları da mövcud məhdudiyyətlərin davam etdirilməsini dəstəklədiklərini bildiriblər.

Çexiya Hokkey Assosiasiyasının baş katibi Yan Çerni isə qeyd edib:

“Çexiya Hokkey Federasiyasının mövqeyi ondan ibarətdir ki, mövcud şəraitdə Rusiya milli komandası ilə oynamağı mümkün hesab etmirik”.

Bununla belə, federasiyalar Rusiyanın beynəlxalq yarışlara qayıdacağı halda öz qərarlarının necə olacağını açıqlamayıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər