U-21 millisi seçmə mərhələdə ilk qələbəsini qazandı

U-21 millisi seçmə mərhələdə ilk qələbəsini qazandı
19.11.2025 10:50 İdman

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, millimiz Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Komandamız “Europa Point Stadium” qarşılaşmasını Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu yeganə qolla qazanıb 1:0. 

B qrupunda yer alan millimiz Cəbəllütariq uğurundan sonra xallarının sayını 5-ə çatdırıb.

Qeyd edək ki, Rəşad Eyyubovun başçılıq etdiyi U-21 qrupda növbəti görüşünü martın 27-də Bakıda Portuqaliya yığma komandasına qarşı keçirəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər