U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq

U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq
03.06.2026 14:58 İdman

Qəbələdə təlim-məşq toplanışını davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirəcək.

TodayPress TV xəbər verir ki, U-20 millisi Pakistanın U-20 yığması ilə qarşılaşacaq.

Görüş iyunun 9-da Qəbələ şəhər stadionunda təşkil olunacaq və saat 17:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın U-20 millisi iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Qarşılaşma komandanın hazırlıq prosesinin bir hissəsi kimi keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər