U-19 millisi Maltanı məğlub etdi

U-19 millisi Maltanı məğlub etdi
18.11.2025 16:34 İdman

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələ oyununda qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə qarşılaşıb.

Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Nadir Orucov və Şahismayıl Cəfərov fərqlənib.

Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

Namiq HUN

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər