U-17 millimiz Qazaxıstana məğlub oldu

U-17 millimiz Qazaxıstana məğlub oldu
06.06.2026 22:11 İdman

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ilk yoxlama oyununu keçirib.

TodayPress TV xəbər verir ki, yığma Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan komandasında qolları Daniil Rəcəbov (19) və Əhəd Hacızadə (25) vurublar.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu iyunun 9-da keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər