Türkiyə yığması geridönüş etdi

Türkiyə yığması geridönüş etdi
07.06.2026 09:21 İdman

DÇ 2026-ya hazırlaşan Türkiyə milli komandası növbəti yoxlama oyununu keçirib.

TodayPress TV xəbər verir ki, Vinçenzo Montellanın yetirmələri Venesuela yığmasıyla üz-üzə gəlib.

Görüş ay ulduzluların 2:1-lik qələbəsiylə başa çatıb.

Matçın əvvəlində Mendozanın qoluyla 0:1 geriyə düşən Türkiyə ilk hissənin sonlarında Barış Alper Yılmazla bərabərliyi təmin edib.

İkinci hissədə Yunus Akgünün vurduğu qol komandaya qələbə qazandırıb.

Beləliklə, Türkiyə millisi Dünya çempionatı öncəsi son hazırlıq matçından qalibiyyətlə ayrılıb.

Qeyd edək ki, Türkiyə DÇ 2026-da D qrupunda qərarlaşıb. Onların qrupdakı rəqibləri Paraqvay, ABŞ və Avstraliya yığmalarıdır.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər