Türkiyə millisi potensial rəqiblərini tanıdı

İdman

19.11.2025 13:37

Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsinin E qrupunda İspaniya ilə səfər oyununda (2:2) heç-heçə edərək ikinci pillədən pley-offa adını yazdırıb.

TodayPress TV xəbər verir ki, mundialın pley-offunda seçmə mərhələdən 12, Millətlər Liqasından isə 4 komanda iştirak edəcək. 

16 komanda 4 səbətə ayrılacaq. 1-ci 4-cü səbətlə, 2-ci isə 3-cü səbətlə qarşılaşacaq.

1-ci səbətdə yer alan Türkiyənin mümkün rəqibləri 4-cü səbətdən mundiala vəsiqə uğrunda mübarizəni davam etdirəcək Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya yığma komandalarından biri olacaq.

1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka

2-ci səbət: Uels, Polşa, Çex, Slovakiya

3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina

4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya

Matçlar tək oyun üzərindən keçiriləcək. Finalı qazanan komanda dünya çempionatına vəsiqə əldə edəcək. 1-ci və 2-ci səbətdəki komandalar yarımfinal oyunlarını evdə keçirəcək. Finalın meydan sahibini isə püşkatma müəyyən edəcək.

Yarımfinal oyunları martın 26-da keçiriləcək. Final isə martın 31-də baş tutacaq.

Qeyd edək ki, DÇ-2026-nın pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 20-də İsveçrənin Sürix şəhərində keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Türkiyə,Futbol,Rəqib,Siyahı,Todaypress.tv,