Türkiyə 4 qolla qələbə QAZANDI
DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün Şimali Makedoniya yığması ilə yoxlama oyunu keçirib.
TodayPress TV xəbər verir ki, “ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olub. Qarşılaşma İstanbulda “Şükrü Saracoğlu” stadionunda baş tutub.
Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayıb.
Matç Türkiyə millisinin üstünlüyü ilə keçib və 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.