Türk futbolu itki yaşadı: Engin Fırat dünyasını dəyişdi

Türk futbolu itki yaşadı: Engin Fırat dünyasını dəyişdi
09.03.2026 12:22 İdman

Türkiyəli futbol mütəxəssisi Engin Fırat 55 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb. 

Bildirilib ki, Moldova millisinin sabiq baş məşqçisi İstanbul hava limanında ürək tutmasından həyatını itirib.

Qeyd edək ki, Engin Fırat məşqçilik karyerası ərzində Moldova millisindən başqa, Keniya millisini, İranda “Sepehan”, “Sayfa”, “Qostareş” klublarını da çalışdırıb. O, 2026-cı ilin fevralından Livanın “Nedjmex” klubunun baş məşqçisi idi. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər