“Turan Tovuz”un futbolçusu DÇ-2026 heyətində

“Turan Tovuz”un futbolçusu DÇ-2026 heyətində
26.05.2026 21:00 İdman

"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinin DÇ-2026 üçün yekun heyətinə dəvət alıb.

Tovuz klubundan TodayPress TV-yə verilən məlumata görə, yığmanın baş məşqçisi Tomas Kristiansen mundiala yollanacaq heyətə 34 yaşlı müdafiəçinin də adıını daxil edib.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Panama millisi L qrupunda Xorvatiya, İngiltərə və Qana ilə mübarizə aparacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər