"Turan Tovuz" "Sumqayıt"a qalib gəldi - Premyer Liqa

"Turan Tovuz" "Sumqayıt"a qalib gəldi - Premyer Liqa
12.04.2026 21:08 İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

TodayPress TV xəbər verir ki, bağlanış matçı "Turan Tovuz" və "Sumqayıt" komandaları arasında oynanılıb. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Turan Tovuz" 3-cü pillədəki mövqeyini möhkəmlədib. "Sumqayıt" isə 32 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1, "İmişli" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər