Tuncay Şanlı yenidən “Fənərbağça”da
“Fənərbağça” klubu əfsanəvi futbolçularından Tuncay Şanlı ilə anlaşıb.
TodayPress TV xəbər verir ki, o, İstanbul təmsilçisində inkişaf direktoru vəzifəsinə təyin olunub.
Tuncay aşağı yaş qruplarından ibarət kollektivlərlə əsas komanda arasında struktur koordinasiyanın gücləndirilməsinə çalışacaq.
Xatırladaq ki, sabiq hücumameyilli yarımmüdafiəçi 2002-2007-ci illərdə “Fənərbağça”da çıxış edib. O bu müddət ərzində 154 oyunda 59 qol vurub.
Namiq HUN