“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR

“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR
05.10.2025 23:10 İdman

5 oktyabr 2025 tarixində Qobu ərazisində keçirilən “Trial Race 2025” yarışı böyük maraq və həyəcanla başa çatdı. 

TodayPress TV xəbər verir ki, gün ərzində 10:00-dan 16:00-a qədər davam edən yarış yüzlərlə tamaşaçı və 50-dən çox iştirakçı komandanın mübarizəsinə şahidlik etdi.

Tədbirin təşkilatçıları “DriveTrain” və “Forsaj Club”dur. 

Belə ki, Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə həyata keçirilən yarış həm texniki cəhətdən, həm də təşkilati səviyyədə yüksək standartlarla yadda qaldı.

“Trial Race 2025” çərçivəsində iştirakçılar 6 müxtəlif kateqoriyada (STOCK, TYRE 1, TYRE 2, TYRE 3, PROTO və UTV) qüvvələrini sınadılar. 

Mürəkkəb marşrutlar, çətin relyef və sürücülərin texniki bacarıqları tamaşaçılar üçün həyəcanlı anlar yaratdı.

Bildirilir ki, hər kateqoriyanın ilk 3 qalibi sertifikat, medallar və müxtəlif hədiyyələrlə təltif edildilər.

Tədbirdə diqqətçəkən bir sıra məqamlar da oldu:

– 50-dən çox off-road avtomobilinin iştirakı.

– Yüzlərlə izləyici və media nümayəndəsi.

– Təhlükəsiz izləyici zonaları və texniki dəstək komandaları.

– Gənclər arasında avtomobil idmanı mədəniyyətinin təşviqi.

– Azərbaycan turizminin və idman potensialının tanıdılması.

“Trial Race 2025” bir daha sübut etdi ki, Azərbaycan avtomobil idmanı sürətlə inkişaf edir və həm yerli, həm də beynəlxalq səviyyədə diqqət cəlb edir.

Qeyd edək ki, tədbirin nəticələri, qaliblər və ən maraqlı anlardan ibarət foto və video materiallar tezliklə “DriveTrain.az” və “Forsaj Club” sosial media səhifələrində paylaşılacaq.

TodayPress TV

FOTOLAR

“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 1
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 2
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 3
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 4
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 5
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 6
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 7
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 8
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 9
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 10
“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR — 11
XƏBƏR LENTİ
31 MAY 2026
Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Bütün Xəbərlər