Putin–Uitkoff görüşündən saatlar sonra Rusiya Kiyevi raket yağışına tutdu
Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və digər şəhərlərə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
TodayPress TV xəbər verir ki, iddialara görə, hücum zamanı Rusiya İskander-M, S-400, “Zirkon” və “Oniks” raketlərindən, eləcə də 210 pilotsuz uçuş aparatından istifadə edib.
Məlumata görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri 181 dronu zərərsizləşdirib.
Zərbələrin Ukrayna ordusunun müdafiə imkanları ilə əlaqəli enerji və nəqliyyat obyektlərinə, hərbi qurğulara və anbarlara yönəldiyi bildirilir.
İlkin məlumatlara əsasən, Kiyevdə bir nəfər həlak olub, onlarla insan yaralanıb. Digər şəhərlərdə də ölən və yaralananların olduğu qeyd edilir.
Hücum ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündən bir neçə saat sonra baş verib.
Təqdim olunan xəritə animasiyasında Kiyev şəhərinə və Kiyev vilayətinə yönələn hücumların istiqamətləri əks olunub.
Jalə Rövşən