Transfer pəncərəsinin son saatları: “Çelsi” Kone üçün danışıqlara başladı

Transfer pəncərəsinin son saatları: “Çelsi” Kone üçün danışıqlara başladı
31.08.2026 17:16 İdman

“Çelsi” “Roma” klubunun və Fransa millisinin yarımmüdafiəçisi Manu Koneni heyətinə qatmaq istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb. 

London təmsilçisi Manunu Enzo Fernandesin mümkün gedişindən sonra onun əvəzləyicisi kimi nəzərdən keçirir. Argentinalı yarımmüdafiəçinin “Mançester Siti”yə keçəcəyi gözlənilir.

Mənbənin məlumatına əsasən, Manu Kone “Çelsi”nin transfer pəncərəsinin son saatlarında əsas hədəfinə çevrilib. London klubu fransalı futbolçunun nümayəndələri ilə mümkün transferi müzakirə etmək üçün əlaqə saxlayıb.

Qeyd edək ki, Kone ötən mövsüm “Roma”nın heyətində bütün turnirlərdə 37 matçda iştirak edib. O, bu görüşlərdə 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalında Konenin bazar dəyəri 50 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər