Trampdan səs-küylü müqayisə: Messi Peledən yaxşıdır!
İdman
06.03.2026 11:07
Donald Tramp ABŞ-nin futbol üzrə MLS çempionu olan “İnter Mayami” komandasını Ağ Evdə qəbul edərkən maraqlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, ABŞ prezidenti Floridanı təmsil edən klubun argentinalı kapitanı Lionel Messi ilə braziliyalı əfsanə Peleni müqayisə edib.
“Lionel Messini Ağ Evdə salamlayan ilk ABŞ prezidenti olmaqdan qürur duyuram! Lionel, oğlum sənin böyük azarkeşindir və səni həqiqətən böyük insan hesab edir. Düşünürəm ki, komandadakı bütün futbolçular arasında ən böyük təzyiq məhz Messinin üzərində idi, çünki ondan hər zaman yalnız qələbə gözlənilir. O, yenidən əsl çempion olduğunu göstərdi və titul qazandı. Deyirlər, Pele futbol tarixinin ən möhtəşəm oyunçularından biridir. Amma məncə, Messi ondan daha güclüdür”, – deyə Tramp bildirib.
Xatırladaq ki, Pele 2022-ci ildə 82 yaşında vəfat edib. Braziliya millisinin sabiq hücumçusu dünya çempionatlarında 1958, 1962 və 1970-ci illərdə qalib olub.
Qeyd edək ki, 38 yaşlı Lionel Messi isə Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu titulunu qazanıb. O, həmçinin 2014-cü il mundialının gümüş mükafatçısıdır.
Namiq HUN
tag: Tramp,Messi,Pele,Müqayisə,Todaypress.tv,
