“Trabzonspor” Türkiyə Kubokunun qalibi oldu

İdman

23.05.2026 02:00

Futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olub.

TodayPress TV xəbər verir ki, final matçı Antalyada keçirilib.

Həlledici görüşdə "Trabzonspor" "Konyaspor"la qarşılaşıb. Hesab ilk yarıda açılıb. Qara Dəniz təmsilçisi Paul Onuaçunun qolu ilə önə keçib.

İkinci hissədə Cekson Muleka hesabı bərabərləşdirib. Oyunun gedişində Onuaçu dubl müəllifi olub.

Bununla da, "Trabzonspor" ölkə kubokunun qalibi adına sahib çıxıb.

TodayPress TV

tag: Trabzonspor,Türkiyə,İdman,Futbol,Todaypress.tv,