"Tottenhem"in heyətində ciddi itki baş verdi

"Tottenhem"in heyətində ciddi itki baş verdi
13.04.2026 23:00 İdman

"Tottenhem"in heyətində ciddi itki baş verib.

TodayPress TV xəbər verir ki, London klubunun kapitanı Kristian Romero sıradan çıxıb.

Argentinalı müdafiəçi İngiltərə Premyer Liqasının XXXII turunun "Sanderlend"lə matçında dizindən zədə alıb.

Romero təxminən 5-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun mövsümün qalan hissədində oynamayacağı deməkdir. 27 yaşlı mərkəz müdafiəçisi iyunda başlayacaq dünya çempionatına kimi hazır olacaq.

Qeyd edək ki, Romero bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər