“Toronto” NHL tarixində nadir seriyaya imza atdı
“Toronto Maple Leafs” hokkey klubu ardıcıl 10-cu mövsümdə açılış matçını qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə NHL-in mətbuat xidməti məlumat yayıb.
“Toronto Maple Leafs” komandası ABŞ Milli Hokkey Liqasının (NHL) 2025/2026-cı illər mövsümünün açılış matçında “Montreal Canadiens”ə 5:2 hesabı ilə qalib gəlib.
Toronto uğuru NHL tarixində ikinci göstəricidir. Seriya 2016/2017-ci illər mövsümündən başlayıb.
Buna qədər belə uzun qalibiyyət seriyasını yalnız iki komanda göstərib. Bunlar “Montreal Canadiens” (1953/1954 – 1963/1964, ardıcıl 11 mövsüm) və “Washington Capitals” (2001/2002 – 2011/2012) klublarıdır.
Namiq HUN