Toral Bayramovun “Bursaspor” macərası erkən bitə bilər

Toral Bayramovun “Bursaspor” macərası erkən bitə bilər
17.11.2026 11:58 İdman


Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Toral Bayramov karyerasını Polşada davam etdirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilir ki, hazırda 25 yaşlı futbolçunun qış transfer pəncərəsində “Rakuv”a keçidi ilə bağlı danışıqlar aparılır.

Toral Bayramovun Polşa çempionatına mümkün transferi ilk dəfə deyil müzakirə olunur. Ötən il futbolçunun adı Polşanın “Lex”, “Legiya” və “Rakuv” klubları ilə hallanırdı. Lakin həmin vaxt o, “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında çıxış etməyə üstünlük vermişdi.

Sonradan Ağdam təmsilçisindən ayrılan Bayramov “Bursaspor”a transfer olunub. Lakin Türkiyə klubunda gözlədiyi qədər oyun şansı qazanmayan futbolçunun əsas heyətdəki mövqeyi ilə bağlı çətinliklər yaşadığı bildirilir.

Qeyd edək ki, “Rakuv”un Toral Bayramovu qış fasiləsində 6 aylıq icarəyə götürmək niyyətində olduğu barədə də məlumat yayılıb.


Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər