Top zərbəsi kriketçini həyatından etdi
Avstraliyanın “Kriket Viktoriya” klubunun oyunçusu Ben Ostin vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, kriketçi məşq zamanı boynundan top zərbəsi aldığı üçün həyatını itirib. 17 yaşlı gənc xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Ben Ostin məşq zamanı dəbilqə taxsa da, boyun qoruyucusundan istifadə etməyib.
Namiq HUN