Tomas: Stefan Karri basketbolu dəyişən fiqurdur

İdman

07.01.2026 10:46

ABŞ Milli Basketbol Assosiasiyasının ikiqat çempionu və Şimali Amerika liqasının 12 qat Ulduzlar Matçının iştirakçısı Ayzeya Tomas “Qolden Steyt Uorriors”un oyunqurucusu və lideri Stefan Karrinin oyununu yüksək qiymətləndirib. 

TodayPress TV xəbər verir ki, o, NBA on NBC and Peacock efirində Tomas Karrinin tamaşaçılara təsirini və ümumilikdə basketbol mədəniyyətinə verdiyi töhfəni xüsusi vurğulayıb.

Tomasın sözlərinə görə, Karrinin meydana hər çıxışı əsl şouya çevrilir və bu, nə azarkeşləri, nə də mütəxəssisləri laqeyd qoyur.

“Heç vaxt elə olmayıb ki, o, meydana çıxsın və azarkeşlər pullarının qarşılığında maksimum zövq almasınlar. O, oyundan əvvəl də, oyunun gedişində də şou göstərir… O, bizim hər zaman fəxr etmək istədiyimiz ideal oyunçudur”, - deyə Tomas bildirib.

Namiq HUN

TodayPress TV

tag: Stefan Karri,NBA,Rekord,Basketbol,Todaypress.tv,