Tofiq Musayev oktaqona çıxır - rəqib Bahamondesdir!
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti döyüşünü çilili rəqibə qarşı keçirəcək.
TodayPress TV xəbər verir ki, Musayevin rəqibi Ignacio Bahamondes olacaq. O, əvvəlcədən planlaşdırılan braziliyalı Samuel Sanchez-i əvəz edərək oktaqona çıxacaq.
Tofiq Musayev martın 28-də Ultimate Fighting Championship (UFC) turniri çərçivəsində Bahamondeslə qarşılaşacaq. Döyüş ABŞ-nin Seattle şəhərində yerləşən Climate Pledge Arena arenasında baş tutacaq.
Xatırladaq ki, azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziev 22 iyun 2025-ci ildə keçirilən UFC turnirində hakimlərin yekdil qərarı ilə İqnasio Bahamondes üzərində qələbə qazanıb.
Namiq HUN