Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası

Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası
02.06.2026 14:12 İdman

VTB Vahid Liqasının prezidenti Sergey Kuşenko aparıcı futbol klublarının basketbol komandalarına böyük vəsait ayırmasının səbəblərindən danışıb.

TodayPress TV “Meridian Sport”a istinadən xəbər verir ki, Kuşenko bunun 

maliyyə qazancından daha çox nüfuz və status məsələsi olduğunu bildirib.

Onun sözlərinə görə, əsas məsələ klubun strukturu deyil, iştirak etdiyi yarış sistemidir:

“Problem ondadır ki, futbol klubları yaxşı təşkil olunmuş sistemdə fəaliyyət göstərirlər, basketbolda isə vəziyyət daha xaotikdir. Məsələn, Avroliqada mükafat fondunun nə qədər artdığına baxın. Turnirin qalibi bir milyon avro qazanır. Büdcəsi 40 milyon avro olan klub üçün bir milyon nədir ki?

Mənim fikrimcə, böyük futbol klubları digər idman növlərini prestij və güc nümayiş etdirmək üçün maliyyələşdirirlər. Biz “Dördlər finalı”nda “Barselona”ya uduzanda futbol komandası böhran yaşayırdı. Buna baxmayaraq, klub prezidenti məşqçi Svetislav Peşiçin yanında dayanaraq kuboku qaldırırdı. İdman növünün hansı olması vacib deyil, əsas məsələ klubun titullar qazanmasıdır”.

Kuşenko hesab edir ki, “Real Madrid” və “Barselona” kimi nəhənglərin basketbol və digər idman növlərinə sərmayə yatırmasının əsas səbəbi çoxşaxəli uğur modelini qorumaqdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər