TFF Prezidenti: “Hakimlərlə başladıq, indi sıra futbolculardadır”
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu, ölkə futbolunu sarsıdan mərc oyunları ilə bağlı yeni açıqlamalar verib.
TodayPress TV xəbər verir ki, o, hakimlərdən əlavə, bir çox futbolcunun da mərc oynadığını bildirib.
“Nə tələb olunursa, onu da edəcəyik. Hakimlərlə başladıq, indi sıra futbolculardadır. 3 min 700 futbolçu haqqında araşdırmaya başlamışıq”, - deyə TFF prezidenti bildirib.
Qeyd edək ki, daha əvvəl peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc platformalarında qeydiyyatının olduğunu bildirilib.
Namiq HUN