TFF-də mərc qalmaqalı araşdırılır
İdman
12.11.2025 12:20
Türkiyə Futbol Federasiyası (TFF) mərc qalmaqalı ilə bağlı yeni açıqlama yayıb.
TodayPress TV TFF-yə istinadən xəbər verir ki, peşəkar liqalarda çıxış edən 132 klubdan 128-də 1024 futbolçu mərc oyunlarında iştirak edib. Onlarla bağlı iş Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib.
Yalnız “Fənərbaxça”, “Başakşəhər”, “Kocaelispor” və “Gənclərbirliyi” futbolçularının adları siyahıda yer almayıb.
1024 futbolçudan 27-si Super Liqa, qalan 997-si isə aşağı liqalarda çıxış edir. Gəliri az olan futbolçular arasında mərc oynayanların sayı daha çoxdur.
Super Liqada ən çox futbolçusu cəzaya göndərilən komanda “Alanyaspor” olub. Klubun 4 futbolçusu mərc oyunlarına qatılıb. 1-ci Liqada isə lider, 7 futbolçusunun adı mərc qalmaqalında hallanan “Boluspor” klubudur.
Qeyd edək ki, daha aşağı liqalarda vəziyyət daha acınacaqlıdır.
Namiq HUN
tag: Türkiyə Futbol Federasiyası (TFF),Mərc qalmaqalı,Peşəkar Futbol İntizam Komitəsinə (PFDK),Futbol,
