TFF-də kütləvi istefa
Türkiyə Futbol Federasiyasında mərc qalmaqalı ilə bağlı başlanan daxili araşdırma nəticəsində istefalar reallaşıb.
TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, “vəzifədən sui-istifadə” və “yarış nəticəsinə təsir” ittihamları ilə saxlanılanan 17 hakim, 1 Superliqa klubu prezidenti, 1 keçmiş klub sahibi və sabiq həmkarlar ittifaqı sədrindən sonra TFF-də istefalar başlayıb.
Türkiyə Futbol Federasiyasında mərc oynadıqlarını etiraf edən 45 nəfər istefa verib.
Namiq HUN