Testlər qırmızı bayraqlarla dayandı: F1 bolidləri problemi ilə gündəmdə

İdman

20.02.2026 14:13

Bəhreyndəki mövsümöncəsi üçüncü “Formula-1” testləri qırmızı bayraqlar səbəbindən dayandırılıb.

TodayPress TV xəbər verir ki, Andrea Kimi Antonellinin “Mercedes” avtomobili texniki problemlər üzündən dayanıb. 

“Aston Martin” komandası da mövsümöncəsi hazırlıq zamanı bir neçə dəfə müxtəlif texniki problemlərlə üzləşib.

“Honda” şirkəti Fernando Alonsonun “Aston Martin” maşınının Bəhreyndə keçirilən mövsümöncəsi ikinci test günündə dayanmasının səbəblərini açıqlayıb.

Məlumata görə, rəhbərlik Alonsonun maşınının batareya problemi səbəbindən dayandığını bildirib:

“Fernando Alonsonun son testində batareya ilə bağlı problem yaranıb və bu, “Aston Martin” test planına təsir edib. Bundan sonra Sakuradakı Honda test stendində simulyasiyalar aparırıq. Həmçinin güc qurğusunun ehtiyat hissələrinin çatışmazlığı səbəbindən bu günkü test proqramı qısaldılıb və yalnız qısa dövrələrdən ibarət olacaq”.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Test,Bayraq,Bəhreyn,Todaypress.tv,