Tərəflər anlaşa bilmədi, ayrılıq qaçılmaz oldu!
Ukraynalı müdafiəçi Danilo Beskorovaynı “Sumqayıt” klubundan ayrılmağa yaxındır.
TodayPress TV “football.az”a istinadən xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi karyerasını Qazaxıstanda davam etdirməyə hazırlaşır.
Məlumata görə, futbolçu “Aktobe” klubu ilə razılıq əldə edib. Halbuki, “Sumqayıt” bu ilin yanvarında “Polesye”dən icarəyə götürdüyü oyunçunu komandada saxlamaq niyyətində idi. Lakin tərəflər yeni müqavilə ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Qeyd edək ki, Danilo Beskorovaynı “Sumqayıt”ın heyətində ümumilikdə 14 oyuna çıxıb. Müdafiəçi bu qarşılaşmalarda qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib.
Namiq HUN