Tennisçilərimiz Albaniya yığmasına qalib gəldi
Moldovada “Billie Jean King Cup” tennis turniri davam edir.
TodayPress TV xəbər verir ki, qadın tennisçilərdən ibarət millimız növbəti yarış günü Albaniya yığması üzərində qələbə qazanıb.
İlk oyunda Lalə Eyvazova rəqibi Guli Anaterzanı 2-1 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub 2-0.
Albaniya millisi qoşa mübarizədən imtina etdiyinə görə, komandamız yekunda 3-0 hesablı qələbə qazanıb.
Namiq HUN