Tennis ulduzunun sevgi sözləri gündəm yaratdı!

İdman

07.05.2026 16:25

Yunanıstanlı tennisçi Stefanos Tsitsipas sosial şəbəkədə sevgi haqqında paylaşımı ilə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, ikiqat “Böyük Dəbilqə” finalçısı həyatdakı sevgilər barədə maraqlı fikir səsləndirib.

“Belə bir nəzəriyyə var ki, insan həyatında üç dəfə aşiq olur. İlk sevgi ehtiraslı və qeyd-şərtsiz olur. Hər sevgi həyatın fərqli mərhələsində gəlir, bizə vacib dərslər öyrədir və kimə çevriləcəyimizi formalaşdırır”, – deyə Tsitsipas paylaşımında yazıb.

Qeyd edək ki, Stefanos Tsitsipas hazırda İtaliyanın paytaxtı Romada keçirilən “Masters” turnirində çıxış edir. O, ilk mərhələdə çexiyalı tennisçi Tomaş Maxaç ilə qarşılaşacaq. 

Namiq HUN

TodayPress TV

tag: Stefanos Tsitsipas,Yunanıstan,Böyük Dəbilqə,Masters,Todaypress.tv,