Tennis əfsanəsi Şöhrət Zalına düşdü
İdman
19.11.2025 16:32
“Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibi, keçmiş dünya birincisi, isveçrəli tennisçi Rocer Federerin adı Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib.
TodayPress TV xəbər verir ki, əfsanə bu şərəfə nail olmasına münasibət bildirib:
“Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilmək və bu idmanın bir çox böyük çempionları ilə bir sırada dayanmaq mənim üçün böyük şərəfdir. Karyeram boyunca tennis tarixini və məndən əvvəl gələnlərin nümunəsini həmişə yüksək qiymətləndirmişəm. Gələn ilin avqustunda Nyuportda bu xüsusi anı tennis ictimaiyyəti ilə birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Federer səsvermədə, 2009-cu ilin US Open çempionu argentinalı Xuan-Martin Del Potronu və “Böyük Dəbilqə” turnirlərinin ikiqat qalibi, rusiyalı Svetlana Kuznetsovanı geridə qoyub.
Xatırladaq ki, Rocer Federer tennisçi karyerasını 2022-ci ildə başa vurub.
Namiq HUN
tag: Rocer Federer,Şöhrət zalı,Uğur,Tennis,Todaypress.tv,
