Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama!
“Sivasspor” baş məşqçi İsmət Taşdemirlə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
“Sivasspor” və baş məşqçi İsmet Taşdemir qarşılıqlı razılıq əsasında əməkdaşlığa son veriblər.
Klubun rəsmi açıqlamasında bildirilib ki, tərəflər müqavilənin ləğvi ilə bağlı ortaq qərara gəliblər.
“Sivasspor”un bəyanatında deyilir:
“Klubumuz və baş məşqçi İsmət Taşdemir müqavilənin ləğvi ilə bağlı qarşılıqlı razılığa gəlib. Ona klubumuza verdiyi töhfələrə və göstərdiyi əməyə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Beləliklə, təcrübəli mütəxəssisin Sivas təmsilçisindəki fəaliyyəti başa çatıb.
Namiq HUN