Tarixi rəqəm: Lebron yenidən hamını geridə qoydu
Lebron Ceyms NBA-da karyerası ərzində 70-ci dəfə həftənin ən yaxşı oyunçusu seçilib.
TodayPress TV xəbər verir ki, “Los-Anceles Leykers” klubunun forvardı 2025/2026-cı illər mövsümünün son həftəsinin ən yaxşı basketbolçusu adına layiq görülüb.
Kaliforniya təmsilçisi son həftədə 5 oyun keçirib və bunların 3-də qalib gəlib. Aprelin 3-də “Oklahoma Siti Tander” ilə oyunda alınan zədələr səbəbindən komanda Luka Donçiç və Ostin Rivz kimi iki vacib oyunçusunu itirib.
Bu 5 qarşılaşmada Lebronun orta statistikası 24,0 xal, 9,7 assist və 6,0 ribaund təşkil edib.
Bu mükafat 41 yaşlı basketbolçunun karyerasında 70-ci belə uğur olub.
Namiq HUN