Tarixi nəticə: Hər üç idmançımız Avropadan medallarla qayıdır!
Albaniyanın Dürres şəhərində keçirilən ağırlıqqaldırma üzrə U-23 və gənclərin Avropa birinciliyi Azərbaycan idmançıları üçün uğurla başa çatıb.
TodayPress TV xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rahilə Hüseynzadə ölkəmizə 2 gümüş və 1 bürünc medal qazandırıb.
Birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələn atletimiz bu növdə ikinci yeri tutaraq gümüş medal qazanıb.
Təkanla qaldırma hərəkəti üzrə 115 kq nəticə göstərən idmançımız bürünc medala yiyələnib.
Hər iki hərəkətin cəmində 209 kq nəticəyə imza atan Rahilə Avropa birinciliyinin ümumi təsnifatında gümüş medalın sahibi olub.
Baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi ilə qitə birinciliyinə yollanan ağırlıqqaldıranlarımızın hamısı fəxri kürsüyə qalxıb. Yarışda daha əvvəl körpücük üzərinə çıxan Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanıblar.
Beləliklə, yığmamız qitə miqyaslı yarışda ümumilikdə 9 medal əldə edərək böyük uğura imza atıb.
Namiq HUN
