“Real”ın ulduzu üçün şans saatı: Vinisius yenidən səhnədə!
Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo hücumçu Vinisius Juniorun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Leypsiq”ə qarşı keçiriləcək matçda start heyətində yer alacağını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə klubun rəsmi saytına bildirib.
Mourinyonun sözlərinə görə, Çempionlar Liqası matçları Vinisiusun motivasiyasını qoruyub saxlamaq üçün əla fürsətdir:
“Mənə belə etmək xoş gəlmir, amma bunu edirəm, çünki vəziyyət qaçılmazdır. Vinisius start heyətində meydana çıxacaq. Çempionlar Liqası onun motivasiyasını saxlamaq, sadəcə məşq edib oynamamaqla üzləşməməsi üçün bir üsuldur. O, təravətlidir, çünki bu gün oynamayıb və fiziki forması üzərində çox çalışıb. Ümid edirəm ki, hər şey onun üçün yaxşı olar - o, bunu haqq edir və ona ehtiyacımız var”.
Xatırladaq ki, braziliyalı futbolçu La Liqanın VIII turunun “Vilyarreal”la matçında (1:0) rəqibinin saçından tutduğu və hakimlərə etiraz etdiyi üçün ümumilikdə 4 oyunluq diskvalifikasiya alıb. O, La Liqanın 9-cu turunda “Sevilya” ilə görüşü buraxıb və oktyabrın 25-də “Barselona”ya qarşı keçiriləcək “El Klassiko”nu da buraxmalı olacaq.
Namiq HUN