Rişarlison siyasi skandalın mərkəzində: Prezidentliyə namizəd adasını oğurladı!

Rişarlison siyasi skandalın mərkəzində: Prezidentliyə namizəd adasını oğurladı!
19.10.2026 13:27 İdman

Londonun “Tottenhem” klubunun braziliyalı hücumçusu Rişarlison Braziliya prezidentliyinə namizəd Flaviu Bolsonaru xüsusi mülkiyyətində olan adanı oğurlamaqda ittiham edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” nəşri sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, hücumçu Flaviu Bolsonarunun adanı ondan almağa çalışdığını, lakin rədd cavabı aldığını bildirib.

Bundan sonra müəyyən məhkəmə prosedurlarından istifadə edilərək əraziyə başqa şəxslər yiyələniblər və nəticədə Rişarlison həm adasından, həm də pulundan məhrum olub.

Qeyd olunur ki, futbolçu öz şəxsi mülkiyyətinə təqribən 1,7 milyon avro sərmayə qoyub. İndi Rişarlison məsələ ilə bağlı polis təhqiqatının aparılmasını tələb edir. Xatırladaq ki, Flaviu Bolsonaru Braziliyanın müxalifət siyasətçisidir və daha əvvəl çirkli pulların yuyulması ittihamı ilə də yoxlanılıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər