Yeddi günlük gərgin mübarizə: Balıqçılarımız Türkiyədə bayrağımızı ucaltdı!

Yeddi günlük gərgin mübarizə: Balıqçılarımız Türkiyədə bayrağımızı ucaltdı!
19.10.2026 16:37 İdman

Türkiyənin Elazığ şəhərində yerləşən Hazar gölündə keçirilən III Beynəlxalq Hazar Sazan Kubokunda Azərbaycan Su İdmanı Federasiyasını təmsil edən “BAKI” Balıqçılar Klubunun idmançıları uğurlu nəticə əldə ediblər.

TodayPress TV xəbər verir ki, oktyabrın 10-dan 17-dək yeddi gün fasiləsiz davam edən karpfişinq (sazan balığının idman məqsədilə ovu) yarışı 48 komandanın iştirakı ilə baş tutub. 

Türkiyə, Almaniya, İran, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan təcrübəli komandaların mübarizə apardığı turnirdə rəqabət olduqca gərgin keçib.

Azər Əliyev, Hüseyn Qeybi və Nihad Camalovdan ibarət komandamız yüksək peşəkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəlib. 

Komandamız ümumilikdə 88,265 kiloqram (12 balıq) nəticə göstərib.

Ən yaxşı 5 balığın ümumi çəkisi isə 52,580 kiloqram təşkil edib.

Bu nəticələrlə təmsilçilərimiz nüfuzlu beynəlxalq turniri ikinci pillədə başa vuraraq gümüş medala sahib olublar.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Yeddi günlük gərgin mübarizə: Balıqçılarımız Türkiyədə bayrağımızı ucaltdı! — 1
Yeddi günlük gərgin mübarizə: Balıqçılarımız Türkiyədə bayrağımızı ucaltdı! — 2
Yeddi günlük gərgin mübarizə: Balıqçılarımız Türkiyədə bayrağımızı ucaltdı! — 3
Yeddi günlük gərgin mübarizə: Balıqçılarımız Türkiyədə bayrağımızı ucaltdı! — 4
XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər