“Formula-2”dən böyük səhnəyə: Leonardo Fornaroli hiperkar sükanında!

“Formula-2”dən böyük səhnəyə: Leonardo Fornaroli hiperkar sükanında!
19.10.2026 16:12 İdman

“Formula-2”nin hazırkı çempionu Leonardo Fornaroli 2027-ci il mövsümündə dözümlülük yarışları üzrə dünya çempionatında (WEC) britaniyalı istehsalçının heyətində çıxış edəcək.

TodayPress TV xəbər verir ki, bunu “Maklaren” komandası rəsmi olaraq elan edib. 

İtaliyalı sürücü 2027-ci ildə “McLaren MCL-HY” hiperkarının sükanı arxasında WEC-də debüt edəcək və o cümlədən əfsanəvi “Le-Manın 24 saatı” marafonunda qüvvəsini sınayacaq.

Onunla birlikdə komandada Mikkel Yensen, Aleks Linn və 2024-cü il WEC çempionu Lorens Vantxor mübarizə aparacaqlar.

Fornaroli bu keçidlə yanaşı, “Maklaren”in “Formula-1” komandasının ehtiyat pilotu vəzifəsini də qoruyub saxlayacaq.

“Maklaren”in hiperkar komandasına keçmək karyeramda inanılmaz dərəcədə vacib və həyəcanverici addımdır. Ehtiyat pilot kimi fəaliyyətimin mənə belə gözəl imkan yaratdığına görə minnətdaram”, – deyə Fornaroli qeyd edib.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər