İran İsrailə nə atacaq? - Gerisayım başladı
İran İsrailin enerji infrastrukturuna hücum edəcəyi təqdirdə İsrail ərazisinə qarşı dağıdıcı cavab tədbirləri görəcəyi ilə hədələyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Visioner" "X" səhifəsi paylaşım edib.
SEPAH-ın sözçüsü Hüseyn Məhbubiyə aid edilən və Safir Lifkin tərəfindən yayılan açıqlamada İranın enerji obyektlərinə qarşı istənilən hücumun ağır nəticələrə səbəb olacağı bildirilir.
Bəyanatda İsrailin işğal olunmuş ərazilərinin yandırılmış torpağa çevriləcəyi və israillilərin Sina səhrasına doğru köçməyə məcbur ediləcəyi ilə bağlı təhdidlər səsləndirilib.
Belə bir qarşıdurmanın baş verməsi İranın İsrailin ərazisinə və kritik infrastrukturuna qarşı cavab zərbələri endirməsi ehtimalını artıraraq regionda münaqişənin daha da genişlənməsi riskini yarada bilər.
Jalə Rövşən