Zaporojyedə döyüşlər: Rusiya Omelniki ələ keçirdiyini açıqladı
Ukraynanın Zaporojye vilayətində yerləşən Omelnik yaşayış məntəqəsi nəzarətə götürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Vostok” qoşun qruplaşmasının bölmələri Ukrayna müdafiə xəttinin dərinliklərinə doğru irəliləyib və yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Nazirlik həmçinin Dnepropetrovsk və Zaporojye vilayətlərində Ukrayna ordusunun mövqelərinə zərbələr endirildiyini, qarşı tərəfin bir sutka ərzində 165-dən çox hərbçi itirdiyini iddia edib.
Jalə Rövşən