Kanadaya qaçıb Bakıdakıları hicab bağlamağa səsləyən avantüristin İFŞASI
İnformasiya cəbhəsində sərhədlər çoxdan silinib. İndi dövlətə, millətə və onun müqəddəratına qəsd etmək üçün səngərdə olmaq şərt deyil - bir neçə klaviatura düyməsi, xaricdə tapılan ilıq sığınacaq və yad dövlətlərin xüsusi xidmət orqanlarının ssenarilərini icra etmək kifayətdir.
Şərq teokratiyasına məddiyyə deyib, Qərbin rahatlığında səfəranlıq edən, əsl mahiyyətini "hicab azadlığı" və "dini hüquq" pərdəsi altında gizlətməyə çalışan Səmral Quluzadə tam olaraq bu şəbəkənin ən çirkin halqalarından biridir.

Həyat yoldaşı Ülviyyə Kərimli ilə birlikdə okeanın o tayına sığınan bu şəxs xaricdə "müxalif" obrazı yaratmağa çalışsa da, əslində İrandakı teokratik rejimin və "Hizbullah" kimi terror qruplaşmalarının açıq-aşkar ruporu rolunu oynayır.

Valideynləri Azərbaycanda dinc-yanaşı yaşadığı halda, özü uzaq Kanadadan rəsmi Bakı əleyhinə aksiyalar təşkil edir, din pərdəsi altında yad ölkənin ideoloji təxribatını yürütməkdən utanmır.
Səmral Quluzadənin xəyanətkar fəaliyyəti təkcə sosial şəbəkələrdəki zəhərli paylaşımları ilə bitmir. Bu adamın qaranlıq keçmişində bu millətin qan yaddaşına, ən müqəddəs dəyərinə edilən açıq hücum var.
Xatırlayırsınızsa, bir neçə il əvvəl Vikipediyanın Azərbaycan bölməsində onun əli ilə Vətən uğrunda canını fəda etmiş şəhidlərimiz haqqında məqalələr kütləvi şəkildə silindi.
Canını torpağa tapşıran qəhrəmanların adını virtual yaddaşdan silməyə qalxışmaq hansı mənəviyyata, hansı vicdana sığır? Bu dələduzluq və hörmətsizlik şəhid ailələrinin kütləvi etirazına, hüquq-mühafizə orqanlarına və Ali Baş Komandana müraciətinə səbəb oldu. Məsələ bəlli oldu, maskalar cırıldı. Lakin ən dəhşətlisi odur ki, bu gün də Vikipediyanın Azərbaycan bölməsi faktiki olaraq Səmralın yaratdığı klanın, əlinin altındadır.
Onlar istədikləri an milli ensiklopediyamıza müdaxilə edir, tarixi faktları saxtalaşdırır və dövlətin informasiya təhlükəsizliyinə xaincəsinə balta vururlar.
Gedin, Səmralın sosial şəbəkə fəaliyyətinə baxın! Səhərdən axşama kimi İranın teokratik idarəçilərinə, "Hizbullah" liderlərinə dastanlar qoşur, onların ideologiyasını tərənnüm edir. Amma gəl gör ki, bu ideologiyanın aşiqi olan bir "dindar" nə üçün özünə rahatlığı mollaların məmləkətində deyil, "kafir" adlandırdıqları Qərbdə axtarır?
Bu, ikiüzlülüyün və satqınlığın pik nöqtəsidir!
Hər addımda mollakratiyanı, teokratik rejimləri, İran liderlərini və "Hizbullah"ı göylərə qaldıran, bu rejimlərin təbliğatçılığı ilə nəfəs alan Səmral Quluzadə nə üçün sevdiyi və təriflədiyi dini idarəetməli İran, Əfqanıstan və ya Suriyaya köçmədi, məhz dünyəvi, liberal və "lənətlədiyi" Qərb dövlətlərindən biri olan Kanadada məskunlaşdı?
Jalə Rövşən