Pakistan İranla əsas ticarət dəhlizlərini bağladı
Pakistan rəhbərliyi təhlükəsizlik tədbirləri və qaçaqmalçılıqla mübarizə çərçivəsində İranla əsas quru sərhəd-keçid məntəqələrini bağlayıb.
TodayPress TV xəbər verir ki, qərara əsasən, Taftan və Qabd–Rimdan sərhəd-keçid məntəqələrindən yük daşımaları dayandırılıb.
Nəticədə sərhəddə yüzlərlə yük maşını qalıb.
Məhdudiyyətlər iki ölkə arasında qarşılıqlı ticarət və tranzit əlaqələrinin müvəqqəti dayanmasına səbəb olub.
Jalə Rövşən