Lavrov və Əraqçi Tehranda görüşdülər
Tehrana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
TodayPress TV xəbər verir ki, iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar başlayıb.
Qeyd edək ki, Lavrovun Tehran səfəri Tehran-Moskva arasında davamlı məsləhətləşmələr, ikitərəfli razılaşmaların icrasının izlənilməsi, eləcə də regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparılması məqsədi daşıyır.
Lavrovun İran Prezidenti Məsud Pezeşkianla da görüşü nəzərdə tutulub.
Jalə Rövşən