Tarixi gecə öncəsi Qurban Qurbanov danışacaq!

İdman

23.02.2026 09:15

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Nyukasl Yunayted” – “Qarabağ” oyunu öncəsi mətbuat konfransı Bakıda təşkil olunacaq.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qurban Qurbanov bu gün saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda media nümayəndələrinin suallarını cavablandıracaq.

“Köhlən atlar”ın media üçün açıq məşqi də məhz həmin arenada keçirilib. Komanda qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” matçı fevralın 24-də İngiltərənin Nyukasl apon Tayn şəhərində yerləşən “St James Park” stadionunda keçiriləcək. Oyun saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start götürəcək.

Azərbaycan çempionu üçün bu qarşılaşma tarixi əhəmiyyət daşıyır və Avropanın ən nüfuzlu klub turnirində növbəti mərhələyə vəsiqə baxımından həlledici olacaq.

Namiq HUN

TodayPress TV 

tag: Qurban Qurbanov,UEFA Çempionlar Liqası, “Nyukasl Yunayted” – “Qarabağ”,Tofiq Bəhramov adına Respublika Stadionu,Todaypress.tv,