Yuxudan duracağıq ki, Türkiyə Ermənistanla sərhədi açıb
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində işləri davam etdirir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasındakı sərhədin yaxın vaxtlarda açıla biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, Mirzoyan bu barədə danışarkən Ermənistan-Türkiyə sərhədinin hələ də bağlı olduğunu bildirib.
“Biz Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Sərhəd hələ də bağlıdır, lakin mümkündür ki, sabah səhər yuxudan oyananda xəbərlərdə "Ermənistan-Türkiyə sərhədi açıldı" başlığını görək”, – deyə nazir qeyd edib.
Qiymət Mahir