Tarixdə ilk dəfə: Hemilton podiumsuz mövsüm yaşadı
İdman
13.12.2025 14:53
“Formula-1” üzrə 2016-cı il dünya çempionatının qalibi Niko Rosberq sabiq komanda yoldaşı, yeddiqat dünya çempionu Lüis Hemiltonun “Ferrari”dəki vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV Sky Sportsa istinadən xəbər verir ki, o, hazırki durumun Hemiltonun reputasiyasını korladığını deyib:
“Bütün bunların öhdəsindən gəlmək onun üçün həqiqətən çox çətindir. Çünki komanda yoldaşı onu ötür, o isə bu vaxt təsnifat mərhələsinin ikinci seqmentinə düşmək uğrunda mübarizə aparır və daim trasdan çıxır. Bu, əsl kabusdur. Düşünürəm ki, onun üçün bu vəziyyət şəxsi baxımdan kənardan göründüyündən də daha pisdir. O, ən yaxşısıdır və biz bunu heç vaxt mübahisə mövzusuna çevirmərik, amma bütün bunlar onun reputasiyasına bir qədər xələl gətirir”.
Qeyd edək ki, Lüis Hemilton mövsümü şəxsi hesabda altıncı yerdə başa vurub və karyerasında ilk dəfə olaraq mövsüm ərzində heç bir podium qazana bilməyib.
Namiq HUN
tag: Luis Həmilton,Ferrari,Yarış,Nəticə,Todaypress.tv,
