Tamblinq yığmamız Nankində rəqiblərini geridə qoydu

Tamblinq yığmamız Nankində rəqiblərini geridə qoydu
06.11.2026 13:46 İdman

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.

TodayPress TV xəbər verir ki, tamblinq üzrə Azərbaycan millisinin iki üzvü mundialın final mərhələsinə vəsiqə qazanıb.

Təsnifat mərhələsində Mixail Malkin 30,100 xalla üçüncü, Tofiq Əliyev isə 29,600 xalla altıncı yeri tutaraq həlledici mərhələyə yüksəliblər.

Qeyd edək ki, Azərbaycanın tamblinq üzrə kişi yığması ikinci təsnifat mərhələsində 87,200 xal toplayaraq birinci yeri tutub.

Dünya çempionatı noyabrın 8-dək davam edəcək.

Namiq HUN

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər