Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
06.11.2026 14:52 Sosial

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək.

Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə “sabit çıxış”, mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə “simsiz çıxış” qeydi aparılacaqlar.


Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.

TodayPress TV 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər