Taekvondoçularımız Bolqarıstanda 3 medal qazandılar

Taekvondoçularımız Bolqarıstanda 3 medal qazandılar
17.05.2025 05:34 İdman

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal qazanıblar.

Taekvondo Federasiyasından TodayPress Tv-ə verilən məlumata görə, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər